Bakıda kreativ taksi: beşi birində - FOTO

7 Aprel 2014 14:12
Bakıda taksilər çoxdur. London keblərindən sonra taksilərin çoxu müştəri qıtlığından əziyyət çəkir. Şəhər sakinləri bir sıra obyektiv səbəblərə görə London taksilərinə üstünlük verirlər. Müştəri cəlb etmək üçün isə taksilər kreativ üsullara əl atmağa məcbur olurlar. 

Milli.Az xəbər verir ki, Day.Az saytına oxuculardan birinin göndərdiyi fotoda görünür ki, taksi sürücüsü müştərilərin diqqətini cəlb etmək üçün maraqlı üsula əla atıb. 

Bu sadə taksi deyil. Beşinci dərəcəli taksidir. Maşının üzərində məhz bu qədər "şahmat" yerləşdirilib. 

Maraqlıdır ki, görəsən, bu maşında qiymət də beş dəfə qalxmayıb ki? 

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.