Gəncədə itlərin sərgi-müsabiqəsi keçirilib - FOTO

7 Aprel 2014 13:31
Ötən gün Gəncə şəhərində Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə "Qafqaz Qəniməti" adı altında, müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncədə ilk dəfədir ki, təşkil olunan nümayişin birinci mərhələsi Gürcüstanın paytaxtı Tiflisdə baş tutub. Beynəlxalq səviyyədə təşkil olunan müsabiqədə 100-ə yaxın it nümayiş olunub. Müsabiqədə qalib gələn iştirakçılara mükafatlar təqdim olunub.

Zaur Ağabəyli - Kinoloqlar İctimai Birliyinin sədri: "Standartlarda itin xarici görünüşü və özünü aparmaq qaydası müəyyənləşdirilib. Bu standartlara əsasən, iştirakçı itlər uyğunlaşdırılır, hansının bu standartlara daha yaxşı cavab verdiyi müəyyən edilir və hər cins üzrə yeganə nümayəndə seçilir. Nəticədə isə hər cinsin bir nümayəndəsi final mərhələsində iştirak edir və sərginin ən yaxşı iti titulunu qazanır".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.