Bakıda qohum evində yerli Otello faciəsi

7 Aprel 2014 13:35

Bakıda qohum evində  qan su yerinə axıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı sakini Sənan Qulamov arvadı Arifəni qətlə yetirib, O, bıçaqla özünün boyun və qol damarlarını kəsib, qarnını yaralayıb. Bütün bu hadisələr Nizami rayonu Keşlə qəsəbəsi ərazisində Sənanın qohumu Fəridə Səlimcanovanın yaşadığı evdə baş verib.

Nizami Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, bu gün faciəsindən yazdığımız gənc ailə ötən il qurulub. Bir körpələri var. Hadisədən əvvəl Sənan xanımı Arifə ilə birlikdə xala evinə qonaq gediblər. Orada nə baş veribsə, Sənan qısqanaraq Arifəni öldürüb. 

Taksi fəaliyyəti ilə ailəsini dolandıran Sənanın hansı səbəbdən arvadını öldürməsi hələ də qaranlıqdır. Onun dindirilməsi mümkün olmadığından qısqanclığa səbəb olan motiv məlum deyil.

Anar Məmmədov
Milli.Az