Hamilə qadın yarıçılpaq fotolarını yaydı - FOTO

9 Aprel 2015 12:09

Tanınmış supermodel, "Elite Model Look" agentliyinin ulduzlarından sayılan Sara Steycin ana olmasına iki həftə qalıb. Buna rəğmən, 30 yaşlı hamilə model yarıçılpaq fotolarını İnstagram-dakı profilində yaymağa davam edir.
 

Milli.Az bildirir ki, hamiləliyi ilə qürrələnən və bətnindəki övladının dünyaya gəlməsinə cəmi iki həftə qaldığını yazan Sara Steycin bu fotoları birmənalı qarşılanmayıb.
 

Daha doğrusu, hamilə vəziyyətdə yarıçılpaq fotolar çəkdirən, sonra da bu fotoları sosial şəbəkələrdə paylaşan S.Steyc sərt tənqid olunub.

Modelin İnstagram səhifəsinin daimi təqibçiləri belə fotoların yayılmasını "tərbiyəsizlik, ədəb qaydalarının pozulması" kimi dəyərləndiriblər.
 

Bununla yanaşı, təxminən 5 min nəfər fotoları bəyənib və paylaşıb. Onlar Sara Steyci "hamilə qadınlar üçün nümunə" adlandırıblar.

Sara Steycin İnstagram səhifəsinin 1,5 milyondan artıq daimi təqibçisi var.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.