Trend-in məlumatına görə, Azərbaycanda beynəlxalq təhsil sərgilərinin keçirilməsi artıq ənənə halı alıb. Bu ənənənin təməli indiyədək 500-dən çox tələbənin xaricdə təhsil almasına geniş imkanlar yaratmış "Kaspi" Təhsil Mərkəzi tərəfindən qoyulub. Azərbaycan gənclərinin daha yaxşı təhsil almalarına təkan verən belə sərgilər onlara dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanı yaradır. Məhz bunun nəticəsidir ki, hər il sərgidə iştirak edənlərin sayı artır.Bakıda "Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti - VI Beynəlxalq təhsil sərgisi açılıb





