Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adı dəyişdirildi

7 Aprel 2014 13:19
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adı dəyişidirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, müvafiq qərara görə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Azərbaycan Xalça Muzeyi" adlandırılıb.

NK-nın qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az