Bakıda 53 yaşlı kişi faciə yaşadı

7 Aprel 2014 12:31

Bakı şəhərinin Yasamal rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Həsən Əhmədov küçəsində qeydə alınıb.

Həmin ərazidə tikilməkdə olan çoxmərtəbəli binada işləyən 1961-ci il təvəllüdlü Əli Cəlal oğlu İsmayılov 13-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az