Gəncədə 35 yaşlı qadın zəhərləndi

7 Aprel 2014 11:52

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 1979-cu il təvəllüdlü Ülviyyə Rüstəmova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Ülviyyə Rüstəmova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Milli.Az