"İnter"in baş məşqçisi klubda qalacaq?

7 Aprel 2014 10:37

"İnter" baş məşqçisi ilə müqaviləni yeniləyir

"İnter" baş məşqçisi Valter Matçari ilə müqaviləni yeniləyəcək.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun prezidenti Erik Thohir 52 yaşlı mütəxəssislə müqavilə uzatmağa qərar verdiklərini deyib:

"Mazzari yeni mövsümdə də komandasını çalışdıracaq. A seriyasında son altı matçda da istədiyimiz nəticəni əldə etməliyik. Sonra isə müqaviləni yeniləyəcəyik".

Milli.Az