Toy səsindən sonra gələn vay: 15 günlük körpə sevinci ölümə apardı

7 Aprel 2014 10:30

Üç gün əvvəl Ağdaş rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasının tükürpədici məqamları ortaya çıxıb.

Milli.Az-ın məlumatına görə, aprelin 4-də saat 16 radələrində Ağdaş rayonu Əmrahlı kəndinin ərazisində zəncirvari qəzada həyatını itirən bir ailə ilə bağlı təsirli məqamlar məlum olub.

Qəzada Qazax rayon sakini Elvin Lalayevin idarə etdiyi "VAZ-21074", Hacıqabul rayon sakini Mehdi Əliyevin idarə etdiyi "KamAZ" və Tovuz rayon sakini Bəhram Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə E.Lalayev və körpə qızı Raya və qaynanası Akifə Qaraxanova hadisə yerində ölüb.

Elvin Lalayevin yaxınları Milli.Az-a hadisə ilə bağlı ürəksızladan məktub yazıblar: "Qazax rayon Çaylı kənd sakini Elvin Lalayev 5 il sevdiyi qızla nişanlı olub, ötən ilin iyun ayında toyu olmuşdu. Heç bir il xoşbəxt həyat yaşaya bilməyib. Hadisədən 15 gün əvvəl qızı dünyaya gəlib. Körpənin yaşama ehtimalı az olmasına görə Bakıda xəstəxanaya yerləşdirilmişdi. Övladının yaşaması üçün əlindən gələni edərək onu həyata qaytardı. Sonra isə sevincək onu evinə aparırdı. Təəssüf ki, bu sevinci nə özü, nə övladı, heç bir ailə üzvü yaşaya bilmədi. Sevinclə öz ata yurduna qayıdarkən ağır yol qəzasına düşdü".

Gülər
Milli.Az


Xəbəri buradan oxu:

Azərbaycanda dəhşətli qəza: çoxlu sayda ölən və yaralanan var