Cennifer Lopesin eşqi qayıtdı - VİDEO - FOTO

9 Aprel 2015 10:22

Tanınmış aktrisa və müğənni, amerikalı Cennifer Lopes özünü əla hiss etdiyini deyir. Sabiq sevgilisi Kasper Smartla münasibətləri bərpa edən sənətçi həm də "American İdol" musiqi şousunun münsiflər heyətinə qayıdıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, İnstagram-dakı profilində yeni fotosunu "Wanna #BeASuperstar?" heşteqi ilə paylaşıb.

"Cey Lo"nun sözlərinə görə, o, "L'Oréal Paris France"ın yeni reklam kampaniyasına da çəkilməyə başlayıb.
 

Bununla yanaşı, iki övlad anası "JLo" brendinin yeni "Jennifer Lopez Collection" kolleksiyasını hazırlayıb. Kolleksiyanın reklam kampaniyası "Kolhn" adı ilə reallaşdırılacaq.
 

Övladları Emme və Maksa mümkün qədər çox vaxt ayırmağa çalışdığını vurğulayan Cennifer Lopes "Feel The Light" mahnısının videoklipinin də hazır olduğunu yazıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.