Melonun bu hərəkəti fənərbağçalıları özündən çıxardı - FOTO

7 Aprel 2014 10:13

Braziliyalı legioner Felipe Melo hakimin bu hərəkəti qarşısında dilini çıxarıb

Türkiyə çempionatında 28-ci tur çərçivəsində "Qalatasaray" və "Fənərbağça" arasında keçirilən oyunda maraqlı anlar baş verib.

Anspress-in xəbərinə görə, "Fənərbağça" komandasından Emre Belözoğluna qırmızı kart göstərilməsinə rəqib komanda oyunçusunun reaksiyası çox qəribə olub.

Braziliyalı legioner Felipe Melo hakimin bu hərəkəti qarşısında dilini çıxarıb.

Hadisə oyunun 40-cı dəqiqəsində Belözoğlunun Meloya sərt müdaxiləsindən sonra baş verib.

Bu, Emre Belözoğlunun eyni oyunda gördüyü ikinci qırmızı kart olub və fənərbağçalı oyunçu bundan sonra meydandan çıxarılıb.

Melo isə dilini çıxararaq Emreyə acıq verib və əli ilə ona, "Çıx!" işarəsi göstərib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.