Futbol oyununda Türkiyə bayrağını yandırdılar - FOTO

7 Aprel 2014 10:20

Hadisə Nikosiya şəhərinin "Omonia" ilə "Apoel" komandaları arasında keçirilən oyunda baş verib

Yunan Kiprində yerli komandalar arasında keçirilən futbol qarşılaşmasında türkləri şoka salacaq hadisə baş verib.

Anspress-in xəbərinə görə, hadisə Nikosiya şəhərinin "Omonia" ilə "Apoel" komandaları arasında keçirilən oyunda baş verib.

Məlumata görə, "Apoel" azarkeşləri aralarında türklərə rəğbəti olduğunu bildikləri rəqiblərinə Türkiyə bayrağını yandıraraq acıq vermək istəyiblər.

Heç-heçə, 0:0 hesabla başa çatan matçda tribunalarda azarkeşlər Yunanıstan bayrağı açıb, dirəyə çıxan bir nəfər isə Türkiyə Cümhuriyyətinin dövlət bayrağına ob vurub.

Baş verənlərə türklər kəskin etirazlarını bildirsələr də, rəsmi Ankara və Türkiyə Futbol Federasiyası məsələyə münasibətini açıqlamayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.