Etibar Hüseynova ATV-dən zərbə: "Sitatın sonu"nun sonu

7 Aprel 2014 09:39

Deputat məcburi köçkünlər barəsində ifadələrinə görə dərdə düşdü

Deputat Etibar Hüseynovun ATV-də yayımlanan "Sitatın Sonu" verilişi bağlanıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, daha əvvəllər də verilişinə müəyyən fasilələr verilən Etibar Hüseynovun qarabağlılar barəsində səsləndirdiyi təhqiramiz ifadələr "Sitatın Sonu"nun sonu olub. Məcburi köçkünlər barəsində ifadələrinə görə deputata ciddi xəbərdarlıq edildiyi də bildirilir.

Qeyd edək ki, ötən həftənin şənbə günü Etibar Hüseynovun müəllifi olduğu "Sitatın Sonu" verilişi efirə getməyib.

Milli.Az