Rianna villasını satır - FOTO

7 Aprel 2014 09:24

Dünyaca məşhur amerikalı müğənni Rianna ABŞ-ın Los-Anceles şəhərində, "Pacific Palisades" səmtindəki lüks villasını satışa çıxarıb.


Milli.Az TMZ-yə istinadən bildirir ki, villanın ilkin satış qiyməti 15 milyon dollardır.

Əslən Barbadosdan olan müğənni bu villanı 2012-ci ilin dekabrında 11,9 milyon dollara satın almış, tam rekonstruksiya təmir etmişdi. Lakin sonradan Rianna bu villada yaşamaq istəməyib.


Rianna Nyu-Yorkdakı penthausunda yaşamağa üstünlük verir.


O, Los-Ancelesdəki villasını ötən ilin noyabrından bəri ayda 65 min dollara kirayəyə verirdi.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.