"Məğlubedilməz" Brüs Uillisi o məğlub etdi - FOTO

7 Aprel 2014 10:31

Məşhur aktyor, Hollivud ulduzu Brüs Uillis dünən ailəsi ilə birlikdə istirahət edib.

ABŞ-ın Los-Anceles şəhərindəki Santa-Monika çimərliyinə yollanmış Brüs hamilə xanımı Emma Heminq və kiçik qızı Meybl Rey ilə birlikdə idi.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 59 yaşlı Brüs Uillis 1987-ci ilin noyabrından 2000-ci ilin oktyabrına qədər aktrisa Demi Murla evli olub.

Bu nikahda aktyorun üç qızı doğulub.
 

İndi Rumer Qlen Uillisin 25, Skaut LaRu Uillisin 23, Talula Bel Uillisin isə 20 yaşı var.

Meybl Rey isə 2012-ci ilin aprelin 1-də anadan olub.

Aktyorun 33 yaşlı xanımı Emma Hemminq yenə hamilədir.
 

"Mənə "Məğlubedilməz" deyirlər. Lakin bu balaca Meybl məni məğlub etdi. Bütün günü onun şıltaqlıqlarına dözməli, əmrlərini yerinə yetirməli oldum", - Brüs gülərək söyləyib.
 

Dünən Brüs Uillisin böyük qızları isə Talulanın modaya həsr olunmuş "The Clothing Coven" bloqunun təqdimat mərasiminə qatılmışdılar.

Mərasimdə aktyorun sabiq xanımı Demi Mur da iştirak edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.