Çin yasında ağı deyənlər: "Bərkdən ağlayın, səsiniz möhkəm çıxsın" - FOTO

7 Aprel 2014 10:49

Çindəki dəfn mərasimlərində ölü sahiblərinin ağlamağa həvəsi və ya istəyi olmayanda, onlar pulla ağı deyənlər tuturlar.

8-10 dəfərlik qruplardan ibarət olan, bəzən 15 nəfərin birləşərək "ağı dəstəsi" yaratdıqları bu insanlar peşəkar aktyorlardır.
 

Onlar əyalət teatrlarında və ya səyyar şoularda çalışır, sifariş olanda da yaslarda və ya dəfn mərasimlərində ağı deyir, ağlayırlar.
 

Milli.Az Asia One-a istinadən bildirir ki, Çinin cənub-şərqindəki Feyşan vilayətində yaşayan 35 yaşlı Çen Şuhiaen "peşəkar" ağı deyəndir.

Onun 7 nəfərlik qrupu var və yaslara gedərək ağlayırlar.
 

"Dəstədəkilərə həmişə deyirəm ki, bərkdən ağlayın, səsiniz möhkəm çıxsın. Ölü sahibi bizi dəvət edəndə dəfn mərasiminin daha emosional olmasına çalışır. Biz də sifarişi yerinə yetiririk. Qiymətlər də ucuzdur. Təxminən 500 dollar", - Çen Şuhiaen deyib.

Onun sözlərinə görə, yas mərasimlərində ağı demək ənənəvi Çin ayinidir.
 

Çinlilərin fikrincə, əğər yasa gələnlər ağlamırlarsa, ağı deyənlər hönkürmürsə, deməli, mərhumu istəyən az olub.

Yasda ağıların olmamasını hətta mərhumun ailəsinin rüsvay olması kimi dəyərləndirirlər.
 

Bu səbəbdən də Çindəki dəfn mərasimlərində və yaslarda "peşəkar ağı deyənlər"ə tələbat çoxdur.
 

Ç.Şihuaen söyləyib: "Ağı deyənlər arasında qadınlar daha populyardır. Yaslarda və dəfn mərasimlərində kişi ağı deyənlərə tələbat azdır. Yaslarda bizdən tabutu qucaqlayıb ağlamaq da istənilir. Ölü yiyəsi bununla göstərmək istəyir ki, mərhumu ailədən buraxmaq istəmir".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.