Əlahəzrətlərin macəraları: səfər, don, tort... - FOTO

7 Aprel 2014 09:36

Britaniya kraliçası 2-ci Yelizvetanın nəvəsi, şahzadə Uilyam ailəsi ilə birlikdə Yeni Zelandiyadadır.
 

Şahzadə Uilyam, onun xanımı, Kembric hersoginyası Keyt Middlton və oğulları Corc dünən Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərinin beynəlxalq hava limanında təyyarədən düşəndə onları Yeni Zelandiyanın baş naziri Con Keyin rəhbərlik etdiyi heyət qarşılayıb.
 

Yeni Zelandiyaya yollanmış şahzadə və xanımı ilk əvvəl Avstraliyanın Sidney şəhərinə baş çəkiblər.

Burada onlar Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin təyyarəsinə minməli idilər.
 

Lakin hava şəraiti pis olduğundan minik bir qədər ləngiyib.

Uilyam və Keytin səfəri üç həftə davam edəcək.
 

Bu arada bəlli olub ki, hersoginya Keyt Middlton Avstraliyada olarkən "Ralph&Russo" brendinin butikinə baş çəkərək orada 80 min dollara don alıb. Bu don 2012-ci ildə Keytin qarderobundakı bütün paltarların toplam qiymətindən bahadır.
 

"Mellors and Kirk" hərrac evi isə şahzadə Uilyam və hersoginya Keytin toylarındakı tortun bir hissəsini satışa çıxarmaq niyyətindədir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.