Kremldə Röyanın iclası oldu - FOTO
6 Aprel 2014 10:37
Show.az bildirir ki, Kreml sarayında Röyanın konserti ilə bağlı iclas keçirilib. Konsertin təşkilatçıları Samirə Zeynalova, Tural Tağıyev, Fərid Zeynalov təşkilatçılıq məsələləri ilə bağlı müzakirələr ediblər.
Kreml rəhbərliyi tərəfindən verilən suallar cavablandırılıb, hazırlıqla bağlı məsələlərə baxılıb. Müğənninin konsert üçün olan hazırlıq məşqlərinin elə saraydaca bir neçə gün öncə aparılması planlaşdırılıb. Müzakirədən çəkilən eksklüziv fotoları təqdim edirik.
Xatırladaq ki, aprel ayının 18-də, saat 19:00-da Moskvada, Kreml sarayında Röya Ayxan konsert verəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





