Şamaxıda ayı kəndə hücum çəkdi, bir nəfəri yaraladı - YENİLƏNİB - VİDEO - FOTO

6 Aprel 2014 18:17
10:26

Şamaxıda ayı kəndə hücum edib və Talışnuru kənd yolunda piyadanı yaralayıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Şamaxı rayon sakini 35 yaşlı Hüseyenov Sədi ayının hücümuna məruz qalıb. Sədinin sözlərinə görə, ayı onun qarşısna ani olaraq çıxıb və üzərinə hücum çəkib. O, bədənin müxtəlif nahiyələrindən xəsrətlər alıb. Əsasən ayı onun boyun nahiyəsini parçalayıb. Çətinliklədə olsa da, o, ayının əlindən xilas olmağı bacarıb. Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evələrinə qaydırmış. Sözügedən ərazi isə sıx meşəlik olub. Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki, yaşanır. Ötən il isə rayonun  Keşmədin kəndinə ayı hücum etmiş və 2 nəfəri yaralamışdı.

Milli.Az

---------
18:17

Böyütmək üçün şəkillərə klikləyin.



Foto: anspress

---------
13:03

Videonu izləmək üçün şəklə klikləyin.



---------
12:25

Videonu izləmək üçün şəklə klikləyin.