Porsche Exclusive-dən Porsche 911 Turbo Cabriolet - FOTO

6 Aprel 2014 22:40
Techno Classica 2014 sərgisi üçün eyni adlı Ştutqard sportkar istehsalçısının Porsche Exclusive bölməsi kabriolet "911 Turbo"-nu fərdiləşdirdi.

Milli.Az auto.az-a istinadən bildirir ki, möhtəşəm idman avtomobili yeni ban rəngi və daxili içliyin təzə kontrast bəzəyini əldə etdi. Bundan başqa, "Porsche 911 Turbo Cabriolet" daha zəngin baza komplektasiyasına malik oldu. Belə versiyanın qiyməti hələlik dəqiqləşdirilmir.

Banı eksklüziv boz "Slate Grey" rənginə boyadılar və parlaq cilaladılar. Sonra 20 düymlük çoxmilli yüngül lehimli disklər quraşdırıldı, əyləc sisteminin supportları qırmızı rəngə boyandı və baş işığının Dynamic Light System (PDLS) tündləşdirilmiş qabaq biksenon fənərləri quraşdırıldı.

Salonda idman oturacaqları, qapıların içi, cihaz paneli, qoltuqaltılar və mərkəzi tunel qırmızı dəri ilə işlənib, yerə qırmızı xalılar sərilib, dekor üçün isə karbon lifindən və alüminiumdan qoymalar istifadə olunub.

Qapı astanalarında yerləşən xüsusi plankalar da modifikasiyanın eksklüzivliyinə işarə edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.