"APA Holding"ə məxsus saytlara güclü haker hücumu başlayıb

5 Aprel 2014 15:12

Dünəndən etibarən "APA Holding"ə məxsus olan saytlara güclü haker hücumu başlayıb

Milli.Az APA-a istinadən xəbər verir ki, holdinqə daxil olan www.apa.az, www.lent.az, www.vesti.az, www.apa.tv, www.apasport.az, www.kulis.az, www.ailem.az saytlarına girişdə oxucuların müəyyən fasilələrlə üzləşmələri məhz bu hücumlarla bağlıdır.
  

Holdinqin İnformasiya Texnologiyaları Departamentinin məlumatına görə, hazırda quruma məxsus serverlərə 4 gbps gücündə hücum olunur.
  

Mütəxəssislərin bildirdiyinə görə, bu cür hücum "həvəskar nümayişi" ola bilməz: "Bunun üçün güclü trafikdən istifadə edilməli və xeyli pul xərclənməlidir".
  

Hazırda hücumun qarşısının alınması istiqamətində iş aparılır.

Milli.Az