Nadir Qafarzadə yenə coşdu

5 Aprel 2014 14:12

Nadir Qafarzadə yenə də hiddətləndi

Milli.Az xatırladır ki, mərhum reper Hüseyn Dəryanın ölümündən sonra "ölübsə cəhənnəmə ölsün" sözərini ifadə edən müğənni Nadir Qafarzadə reperin fanatları tərəfindən tənqid atəşinə tutulmuşdu.

Bu xəbərlə bağlı saytımıza oxucular tərəfindən gələn şərhlərə əlaqədar müğənni redaksiyamıza zəng edib və aqressiv reaksiya verib. 

N.Qafarzadənin sözlərini olduğu kimi təqdim edirik:

"Mən artıq bezmişəm, məni cana yığıb bu saytlar. Mənim haqda xəbərlər verməyin, sizdən rica edirəm. Ora gələn biabrçı ifadələr, şərhlərə dözmək mümkün deyil.

Əgər mən yenə də görsəm ki, bu cür xəbərlər gedib, məcbur qalıb aidiyyəti qurumlara müraciət edəcəm ki, bu ölkədə mən artıq qala bilmirəm.

Mənim haqda gedən xəbərlərə gələn şərhlərdə yaxınlarım hədəfə alınır. Mən övladlarımı çöldən tapmamışam ki, hansısa küçədən keçən onlara pis ifadələr işlətsin. Yoldaşım bu cür yazıları görüb ağlayır.

Bu qədər olmaz axı".

Ceyhun Ələkbərov
Milli.Az