Novruz Məmmədov: "Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun ən yüksək səviyyədə olduğunu təsdiqlədi"

5 Aprel 2014 13:45
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibətini açıqlayıb.


Milli.Az Trend-ə istinadən xəbər verir ki, N.Məmmədov öz "Twitter" səhifəsində yazıb: "Baş nazir Ərdoğanın səfəri Azərbaycan-Türkiyə dostluğunun, tərəfdaşlığının və qardaşlığının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi".

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də ölkəmizdə bir günlük işgüzar səfərdə olub.

Milli.Az