Türkiyədə intiharçı-terrorçu qadın zərərsizləşdirildi

5 Aprel 2014 14:33
İstanbulda həyata keçirilən xüsusi əməliyyat nəticəsində intiharçı-terrorçu qadın zərərsizləşdirilib
Trend-in məlumatına görə, bu barədə şənbə günü "Haber7" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, zərərsizləşdirilmiş terrorçu qadın əcnəbi vətəndaş olub. Lakin onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az