Ermənilər Azərbaycana gələsi olmadılar

5 Aprel 2014 14:28
"MDB Müdafiə Nazirləri Şurası katibliyi Ermənistan nümayəndə heyətinin qəbuluna hazırlıqla bağlı Azərbaycan tərəfindən hələ də nə şifahi, nə də yazılı təsdiq almayıb"
Milli.Az-ın məlumatına görə, qafqazinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyanaprelin 8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında Ermənistan Müdafiə Nazirliyindən nümayəndə heyətinin iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Bununla da, Ovannisyan erməni nümayəndələrinin qarşıdan gələn toplantıda iştirak edə bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda Artsrun Ovannisyan Azərbaycanda keçiriləcək Komitənin toplantısında Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin deyil, Silahlı Qüvvələrin Moskvadakı nümayəndəsinin təmsil edəcəyini bildirmişdi.

Milli.Az