Qaz borusu partladı, yaralanan var

5 Aprel 2014 12:41

Ağcabədi şəhərində qaz borusunda partlayış baş verib

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, aprelin 4-də Ağcabədi şəhərində yaşayan Eldəniz Nərimanovun həyətindən keçən qaz borusundan təbii qazın sızmasından ani partlayış baş verib.

Hadisə nəticəsində E.Nərimanov yüngül xəsarət alıb.

Faktla əlaqədar araşdırma aparılır.

Milli.Az