Gəncədə gənc oğlan qohumunun qanını tökdü

5 Aprel 2014 12:15

Gəncədə qətl hadisəsi baş verib

Milli.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Hacıyev Samir Arzu oğlu mübahisə zəminində qohumu, 1-ci mikrorayon, Vəli Xuluflu küçəsində yaşayan, 1990-cı il təvəllüdlü Əmirov Etibar Nəbi oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

24 yaşlı gənc dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Milli.Az