Azərbaycanda "Allaha rüşvət" təklif olunur - FOTO

5 Aprel 2014 12:10
Edir ol qövmi-zar cəmiyyət- 

Ki, gərək tanrıya verək rüşvət,

Seyid Əzim Şirvaninin iki əsr öncə yazdığı bu sözlər hələ də aktuallığını itirməyib. Bu gün də Azərbaycanda Allaha rüşvət təklif edənlər var. "Allaha Rüşvət" əsərinin yazılmasından iki əsr keçib. Artıq insan kosmosu fəth edir. Bir zamanlar yalnız ulduz kimi baxdığımız Mars planetini canlı rejimdə izləyə bildiyimiz 21-ci əsrdə cahil adamlar hələ də az deyil. 

Üzərində yazılan yazı ilə dəyəri heçə endirilmiş bir manatlıq əskinas necəsə Milli.Az-ın əməkdaşının əlinə düşüb. Kimsə nəzir qutusuna pul atıb. 

Biz bildiyimiz qədər nəzirin verilməsi imkansız adamlara yardım etmək məqsədi daşıyır. Həmin imkansız adam bu pulu götürdükdən sonra heç özünə bir tikə də çörək ala bilməyəcəksə, onda belə nəzirin nə faydası, nə kəraməti? 

Pulu nəzir qutusuna atmazdan əvvəl üzərində bu sözləri yazıb: 

Böyük Allahımızın adı ilə

İmami

Məhdi 

Sahib

Zaman

ya rəbbim, nəzirimi qəbul et. 

Bu cür korlanmış pulla verilən nəzirin heç bir imkansıza faydası olmayacaqsa, Allah həmin nəziri qəbul edərmi? Ondansa bir kağız parçası atsa, olmazdımı? 

Bəs siz nə düşünürsünüz bu barədə, əziz oxucular?

Teymur Hacıyev

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.