Arda Turandan sabiq nişanlısına ağır sözlər - FOTO

5 Aprel 2014 12:53

İspaniyanın "Atletiko" (Madrid) klubunun türk legioneri Arda Turan nişanlısı, aktrisa Sinem Kobaldan ayrılıb. Futbolçu ilə aktrisanın münasibətləri
tamamən kəsilib.


Sinem Kobal son vaxtlar həmkarı, aktyor İbrahim Çelikkolla birlikdədir.


Milli.Az AHT-yə istinadən bildirir ki, ötən aya qədər "fırtınam", "başımın tacı" dediyi Sinem Kobal barədə Arda Turan Twitter profilində yazıb: "O adamın nə etdiyi, kiminlə birlikdə olmağı eynimə belə, deyil. Mən Sinem dəftərini çoxdan qapatdım".


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.