"Borussiya" "Real"ın yeni ulduzunu istəyir

5 Aprel 2014 12:44

"Borussiya" "Real"la danışıqlara başladı

"Borussiya" Çempionlar Liqasının 1/4 finaldakı rəqibi "Real"ın futbolçusu Moratanı transfer etməyi planlaşdırır.

Milli.Az-ın qol.az-a istinadən xəbərinə görə, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb. Dortmund təmsilçisinin gənc hücumçunun transferi üçün Madrid klubu ilə danışıqlara başladığı bildirilib. Ancaq "Real"ın futbolçunu Almaniya klubuna yalnız icarə verməyə razılıq verəcəyi vurğulanıb.

Qeyd edək ki, Moratanın "Kral klubu" ilə müqaviləsi 2015-ci ilin sonunda başa çatır.

Milli.Az