"Mənim alt paltarlarımın uğuru fantastik oldu" - FOTO

5 Aprel 2014 09:39

Devid Bekhem şəxsi çimərlik geyiminin reklamına çəkilib

Məşhur futbolçu Devid Bekhem özünün "H&M" brendinin kişilər üçün olan çimərlik geyimi kolleksiyasının reklamına çəkilib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, keçmiş futbolçu özünün döyməli bədəni ilə 3 cür çimərlik geyimini nümayiş etdirib. 38 yaşlı Bekhemin kolleksiyası may ayında satışa çıxacaq.

"Mənim alt paltarlarımın uğuru fantastik oldu. Bunun üçün də mən bu geyimləri təqdim etməyimə çox şadam. Biz bu yeni kolleksiya üzərində çox işləmişik", - Bekhem bildirib.

Hazırda Bekhem həyat yoldaşı Viktoriya Bekhemin 2 həftə sonra baş tutacaq 40 illik yubileyinə hazırlaşır. O, Los-Encelsdə möhtəşəm tədbir təşkil etməyi planlaşdırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.