Zaur Baxşəliyev qızı haqda planlarını açıqladı

5 Aprel 2014 09:30

Məşhur cütlük - Zaur və Günay övladları ilə bağlı səmimi etiraflar ediblər

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, qızları haqqında çox danışmağı sevməyən cütlük ilk dəfə "ATV Maqazin"də qızı Dilavərlə bağlı gələcək planlarından söhbət açıb.

"Ümid edirik ki, qızımıza gələcəkdə yetərincə vaxt ayıra bilək. Fikrimiz var ki, böyüyəndə Dilavəri dərnəklərə, idmana, yaxud da kurslara qoyaq".

Hazırda avtomobildən istifadə etməyən Günay Baxşəliyeva hara getmək lazım olursa, həyat yoldaşından yardım alır. O deyir ki, uşaq böyüyənə qədər avtomobilə ehtiyacı yoxdur.

Milli.Az