Devid Bekhem onları aldada bilmədi - FOTO

5 Aprel 2014 11:15

Dünyanın ən məşhur futbolçularından biri Devid Bekhem Los-Ancelesdə reportyorlardan gizlənməyin "maraqlı" yolunu tapıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iki gündən bəri idman zalında məşq edən 38 yaşlı Devid Bekhem "gizlənmək" üçün motosikletçi şlemindən istifadə edir.


Ducati motosikletində idman zalına yollanan Devid Bekhem heç nə ilə fərqlənməməyə çalışaraq çox sadə geyinmişdi.


Zalı da tərk edəndə onun başında şlem vardı.


Amma reportyorları aldatmaq asan iş deyildi.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.