6 adam yemiş timsah tutuldu - FOTO

5 Aprel 2014 09:48

6 metr uzunluğu olan timsahı tutanların dediklərinə görə, bu adamyeyən yırtıcı indiyədək 6 nəfəri parçalayıb yeyib.

Timsahın ağırlığı təxminən 1 tondur.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, təqribən 80 yaşı olan bu nəhəng yırtıcının son qurbanı 2 övlad atası Bosko Nyansi idi.

Timsah Uqandada, Viktoriya gölünün sahillərində tutulub. Göl sahilindəki Kakira kəndinin sakinlərinin dediklərinə görə, bu timsah aylardan bəri insan ovundadır və əsl adamyeyəndir.
 

6 adamı yemiş bu timsahın 12 nəfəri yaraladığı bildirilir. Ovçular onu 4 gün izləyəndən sonra tuta biliblər.

Kakirada tutulmuş bu timsah Murçison Folls Milli Parkının əməkdaşlarına təhvil verilib.
 

Afrikada timsahlar hippopotam və şirlərdən sonra ən təhlükəli yırtıcılardır. "Qara qitə"də hər il 745 nəfər timsahların hücumlarına məruz qalır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.