Polis zabitinin xanımı soyundu, yıxıldı - VİDEO - FOTO

5 Aprel 2014 10:43

ABŞ-ın Kaliforniya ştatında xidməti vəzifələrini icra edərkən yaralanan və ya əlil olan sabiq polis əməkdaşlarına yardım məqsədilə keçirilmiş xeyriyyə marafonunda maraqlı olay yaşanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ərinin sabiq polis zabiti olduğunu deyən xanım soyunub, əynində bikini qalıb.

"Elektroşokerin insana təsirini sizə göstərəcəyəm. Buna hazıram" deyən xanım səhnədə gülümsəyirdi.

Onun yanında durmuş iki polis zabiti də yarıçılpaq xanımı cəsarətinə görə tərifləyiblər. Az sonra həmin şəxslərdən biri əlindəki elektroşokeri qadının belinə toxundurub.
 

Aldığı elektroşokdan qadın yerə yıxılıb.

Amma o, ağrılarını göstərməyib və gülümsəyrək "Hər şey əladır!" deyib.
 

Bu "şou"ya baxanların hər biri xeyriyyə fonduna 100 dollar ödəyib.
 

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.