Əfsanəvi, qorxunc yırtıcı tutuldu? - VİDEO - FOTO

5 Aprel 2014 09:43

Onillərdən bəri axtarılan, az qala əfsanəyə çevrilmiş qorxunc yırtıcının tutulduğu iddia olunur. Tükü tökülmüş itə, vəhşiləşmiş pişiyə, çevik meymuna bənzəyən, çox qıvraq pəncələri olan bu heyvan qəfəsə salınıb.

Həmin heyvan çupakabradır.
 

ABŞ-ın Texas ştatındakı Retkliff şəhərciyinin sakini Bubba Stok bu heyvanı tutub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Stokun sözlərinə görə, çupakabra onun evinin yaxınlığındakı ağacın budağında oturmuşdu.

İspan dilindən tərcümədə adının mənası "keçi qaniçəni" olan çupakabra barədə danışan Bobbi Stok deyib: "Onu tutdum, qəfəsə saldım, video çəkdim və sonra da bu videonu internetdə yaydım".
 

Çupakabranın tarixçəsi Puerto-Rikola başlayıb. Məhz bu ölkədə dünyada ilk dəfə olaraq fermerlər mifik, sirli heyvanın onların keçilərinin qanını içərək öldürdüyünü aşkarlamışdılar.
 

"Çupakabra" sözü ispan dilində "chupar" (qan sormaq) və "cabre" ("keçilər") kəlmələrinin birləşməsindən yaranıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.