Qəza törədən sürücü hadisə yerindən qaçdı - FOTO

4 Aprel 2014 21:02
Bu gün saat 19 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, sürücüsü hadisə yerindən qaçan BMW markalı avtomobil Musa Məmmədova məxsus "Opel" markalı avtomobilə çırpılıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, nəticədə BMW yoldan çıxaraq səki daşlarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb BMW-nin yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirməsi olub. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla Bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.