Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan bir ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülüb.Bakıda cəzaçəkmə müəssisəsinə məhkumla görüşə gəlmiş vəkilin mobil telefonu götürülüb