19:47"Nuriyyə xanımı müayinə edən nevrocərrah onun əməliyyat etdirilməyəcəyini dedi".
Milli.Az xəbər verir ki, bunu anspress-ə xalq artistinin oğlu
Faiq deyib. O bildirib ki,
Nuriyyə Əhmədovanın bel sümüyü sındığına görə bir müddət gipsdə qalacaq.
--------
18:01 "3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın bel sümüyü sınıb". Milli.Az xəbər verir ki, bu barədə xəstənin həkimi
Nailə Əsgərova anspress-ə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, hazırda xalq artistini nevrocərrah müayinə edir. Müayinədən sonra məlum olacaq ki, Nuriyyə Əhmədova əməliyyat etdirilməlidir, ya yox:
"Hazırda Nuriyyə Əhmədova danışa bilir. Lakin şiddətli ağrıları var. Ona ağrıkəsici vurmuşuq. Xəsarətləri ciddidir. Həkimlər hazırda ona yardım edirlər. İnşallah, hər şey yaxşı olacaq"
Xəstəxanadan Trend-ə verilən məlumata görə, 11 saylı avtobusun sərnişini olan N.Əhmədova sürücü əyləci basarkən yıxılıb. Ona onurğa sütununun əziyi və II, III və IV bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub.
---------
17:34"Hazırda reanimasiyadadır, yarım saata cavab çıxacaq, indi yanında idim. Həkimlər onun onurğa sütununda ciddi problem olduğunu deyir. Mən də yanına girdim, danışmadı, üzümə baxırdı. Huşu özündə olsa da, durumu kritikdir".