Bakıda qadın tələsinə düşən daha bir kişi...

4 Aprel 2014 16:54

Pul verilmədikdə isə bir neçə şəxs onlara hədə-qorxu gəlir

Bu gün Milli.Az-da Bakıdakı əxlaqsız qadınlarla bağlı yazı dərc olunub.

Yazıda oxuculardan biri "odnoklassniki.ru" saytında soyğunçuluq fəaliyyəti ilə məşğul olan cinayətkar dəstə barədə məlumat verib. Bildirib ki, ilk olaraq insanları aldatmaq üçün həmin saytda qadın nömrələri yerləşdirilir. Həmin qadın profilindəki nömrələr ilə əlaqə saxlayaraq görüşmək istəyən şəxslər Bakı şəhərində yerləşən Səməd Vurğun parkının yanında bir yerdə görüşürlər. Daha sonra isə onlardan heç bir səbəb olmadan yüksək məbləğdə pullar istənilir. Pul verilmədikdə isə bir-neçə şəxs onlara hədə-qorxu gəlir. Oxucu idda edib ki, sözügedən dəstələr polislə birgə fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyi xəbərə münasibət bildirərkək deyib ki, məsələ aidiyyatı qurumlar tərəfindən araşdırılacaq və nəticəsindən asılı olaraq tədbir görüləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən yazıdan sonra redaksiyaya bu kimi hallarla bağlı bir neçə dəfə şikayət zəngləri gəlib. Adının anonim qalmasını istəyən oxuculardan biri belə hadisənin qohumunun başına gəldiyini deyib. Belə ki, oxucunun rayonların birində yaşayan qohumu ondan belə bir yer tapmağı xahiş edib. Oxucu isə "odnoklassniki.ru" saytından bir qadının nömrəsini qohumuna verib və onlar görüşüblər.

Şikayətçi deyib ki, qohumu həmin şəxslə Yasamal rayonu ərazisində görüşüb: ""Kaktus" adlanan yerdə çox möhtəşəm bir məkana gediblər. Görüşdüyü qadın onu bir stolda əyləşdirib və gözləməyini söyləyib. Daha sonra ona 500 AZN-lik qəbz veriblər və hesabı ödəməli olduğunu bildiriblər. Bunun səbəbini soruşduqda və ödəməkdən imtina etdikdə isə onu iki-üç nəfər bir otağa aparıb. Orada daha bir nəfər də olub. Otaqda ona hədə-qorxu gəliblər. Maşınını girov götürüblər, özünə isə pulu gətirməyi tapşırıblar. Qohumum özünün başqa qohumlarından borc alıb və onlara 400 manatdan çox pul ödəyib. Hadisə təxminən 6-7 ay əvvəl baş verib".

Milli.Az