Cəbhə xəttində təlim

4 Aprel 2014 15:46

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir. Kanal S-in Qarabağ bürosunun xəbərinə görə, düşmən hərbiçiləri təlim manevrlərində Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikalardan istifadə edir.

Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilməkdədir. Təmas xəttinə yaxın ərazilərdən düşmənə məxsus texnikararın hərəkəti aydın müşahidə olunmaqdadır.

Milli.Az