Apple konfrasın vaxtını açıqladı

5 Aprel 2014 23:12
Apple şirkətindən bildirilib ki, 2-6 iyun tarixlərində ABŞ-ın San-Fransisko şəhərində Apple WorldWide Developers (WWDC) 2014 illik konfransı keçiriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət, həmçinin elan edib ki, aprelin 7-dən biletləri satmağa başlayacaq. Ənənəvi olaraq WWDC konfransı üçün biletlər bir neçə dəqiqə ərzində satılır.

Bir qayda olaraq, şirkət WWDC konfransında yeni proqram həllərini nümayiş etdirir. Məsələn, keçmiş WWDC konfransında iOS 7.0 və Mac OS X Maverics həlli təqdim edilib.

Milli.Az