2 min at gücündə superkar - FOTO

5 Aprel 2014 22:13
"Trion SuperCars" Amerika şirkəti yeni 2000 a.g.-dən çox sürət verən superkar düzəltməyə başladığını elan etdi. "Nemesis" adlı ilk prototip artıq gələn ay düzəldiləcək. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Trion Nemesis" 8 pilləli sekvental sürət qutusu ilə təchiz olunan biturbolaşdırılmış V8 mühərriki ilə təchiz olunacaq. Yaradıcılar superkarda hansı güc qurğusundan istifadə edəcəklərini açıqlamırlar, amma söz verirlər ki, superkarın yerindən 100 km/saat sürətlənməsinə 2,8 saniyə sərf olunacaq. Onun maksimal sürəti isə 450 km/saatı keçəcək. 

Bundan başqa, "Trion Nemesis"-in "yırtıcı rejimi" adlanan maraqlı xüsusiyyəti var. Onu aktiv edərək avtomobil interyerin işıqlandırılmasını, yol işığı zolağını, qazçıxma borusunun səsini dəyişib maksimal dönmə məhdudlaşdırıcısını yenidən yükləyəcək. 

Maraqlıdır ki, amerikalılar bütün funksiyaların sensorlu ekranlar vasitəsilə işə salınacağını, avtomobilin yük yerində isə qolf ağacı dəsti yerləşəcəyini söz verirlər. Həmçinin məlumdur ki, "Trion Nemesis" kömür plastik kütləsindən ban və nikel əsaslı yüksək hərarətə davamlı qatışıqdan elementləri olan şassi əldə edəcək. 

Qeyd edək ki, hal-hazırda dünyanın ən güclü avtomobillərindən biri Cenevrə avtosalonunda göstərilən "Koenigsegg One:1"-dir. Bu avtomobilin gücü 1341 a.g.-dür, 20 saniyəyə isə superkar 400 km/saat sürət yığa bilər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.