Namazın ilk təkbirində əlləri sifət və ya qulaq bərabərinə qaldırmaq vacibdirmi?

5 Aprel 2014 22:54

Namazın ilk təkbirində (təkbirətül-ehram) əlləri sifət və ya qulaq bərabərinə qaldırmaq vacibdirmi? 

Milli.Az İslam.az-a istinadən bildirir ki, əksər alimlərin fikrincə, namazın ilk təkbirində (buna təkbirətül-ehram və ya iftitah təkbiri deyilir) və namaz əməlləri arasındakı təkbirlərdə müstəhəbdir ki, əllər sinə bərabərindən yuxarı və daha yaxşı olar ki, qulaq bərabərində qaldırılsın. Bundan yuxarı qaldırmaq caiz deyil.

Mərhum Ayətullahül-üzma Lənkərani əlləri qulaq bərabərinə qaldırmağı müstəhəb bilir, bunun əksini (yəni əlləri heç qaldırmamağı) isə icazəli hesab etmirdi.

Milli.Az