Yeni Mazda MX-5

4 Aprel 2014 22:13
İnternetdə yeni nəsil rodster "Mazda MX-5"-in ilk şəkili peyda oldu. Rəsmi təqdimat mərasimi Nyu-York avtosalonunda keçiriləcək avtomobilin sketçi Carscoops nəşriyyatı tərəfindən dərc olunub.

Yəqin ki, Nyu-Yorkda "Mazda MX-5"-in yeni konseptini göstərəcəklər, seriya rodsterinin təqdimat mərasimi isə 2015-ci ildə keçiriləcək. Hal-hazırda yeni "MX-5"-in texniki təfərrüatları açıqlanmır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə yenilik yeni yüngül çəkili arxa ötürücülü platformada hazırlanacaq və SkyActiv ailəsinin 1,5 litrlik dördsilindrli mühərrikini əldə edəcək. Dizel və rotorlu mühərrikləri olan modifikasiyaların da meydana gəlməsi istisna olunmur.

Həmçinin məlumdur ki, "Mazda MX-5" platformanı "Fiat" şirkətinin hazırladığı yeni superkarla bölüşəcək. Əvvəllər bu modelin "Alfa Romeo" markası ilə buraxıldığı güman edilirdi, lakin İtaliya korporasiyasının rəhbəri Sercio Marikonne bu məlumatı təkzib etdi.

Milli.Az