Məryəm Üzerli həddini aşdı - FOTO

4 Aprel 2014 12:49

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"dakı "Hürrəm Sultan" rolundan sonra məşhurlaşan aktrisa Məryəm Üzerli İnstagram-dakı profilindəki son yazısı ilə qalmaqal yaradıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, M.Üzerli yazıb: "Budda buddist, İsa xristian, Məhəmməd müsəlman deyildilər. Onlar sevgini öyrədən müəllimlərdi. Onların dini sevgi idi".
 

Bu statusa yazılan şərhlərin tam əksəriyyətində aktrisa həddini aşmaqda, buddistləri, xristianları, müsəlmanları təhqir etməkdə suçlanıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.