Mobil telefonun 41 yaşı tamam oldu - FOTO

4 Aprel 2014 10:30

Koper 3 aprel 1973-cü il tarixdə Nyu-Yorkda "Motorola DynaTAC" model mobil cihazla ilk dəfə "alo" deyib

Amerikalı mühəndis Martin Koperin ilk dəfə mobil telefonla danışmasının üstündən 41 il ötdü.

"Motorola" şirkətinin əməkdaşı olan Koper 3 aprel 1973-cü il tarixdə Nyu-Yorkun 6-cı küçəsində "Motorola DynaTAC" model mobil cihazla ilk dəfə "alo" deyib.

Çəkisi 1 kq, uzunluğu 22 sm olan cihazın 20 dəqiqə danışma müddəti olub və elektriklə 10 saatda qidalanıb.

Ötən il "The Verge" jurnalına müsahibə verən Koper ilk dəfə mobil telefonla rəqibi Coel Enqelə zəng vurduğunu bildirib.

Qeyd edək ki, hazırda dünyada 6 milyarddan çox mobil telefon istifadəçisi olduğu bildirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.