Son zamanlar neft məhsullarının istehsalı, idxal-ixracı və qiymətləri istiqamətində edilən dəyişikliklər maraqlı nüansı orta çıxarıb. Belə ki, Aİ-98 ilə bərabər, bundan sonra Aİ-95 markalı benzinin də idxal edilməsi onların qiymətinin Tarif Şurası yox, bazar tərəfindən müəyyən edilməsi ilə nəticələnəəcək. 95 və 98 markalı benzin sərbəst qiymətlə satılacaq. Hesab edilir ki, bu marka benzinlərin gətirilməsi özəl şirkətlərə həvalə olunsa, onda ciddi rəqabət yaranacaq. Yəni, qiymətləri rəqabət formalaşdıracaq. Rəqabət isə həmin növ benzinin qiymətinin indikindən fərqlənəcəyi deməkdir. Bu fonda hətta 95 oktanlı benzinin qiymətinin Aİ-92 markalı benzinin qiymətindən aşağı düşmə ehtimalı var. Ancaq idxal xərclərinə görə qiymətlərin çoxalacağı da istisna edilmir.Vüqar Bayramov: "Aİ-95 və Aİ-98 növ benzinlərin qiymətində artımlar da, azalmalar da ola bilər"