Neftin qiyməti qalxıb

4 Aprel 2014 09:41
Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,67 dollar artaraq 1 barelə görə 100,29 dollar təşkil edib.
 
APA-nın məlumatına görə, aprelin 3-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,36 dollar artaraq 106,15 dollar olub.

Milli.Az